11 sentyabr 2011-ci ildə “WeBlog” layihəsinin son təlimini İsmayıllıda, açıq havada keçdik.
Bakıdan İsmayıllıya yola düşərkən, yol boyu çox maraqlı müşahidələrim oldu. Kollektivimiz çox şən və maraqlı uşaqlardan ibarət idi. Avtobusda kimisi mahnı oxuyur, kimisi gülməli əhvalatlar danışırdı.
İsmayıllının ecazkar təbiətinə heyran oldum. Xeyalımda canlandırdığım yaşıllıq, dağlar, çay, bütün bu gözəlliklər İsmayıllı rayonunda gerçəkləşdi.
“Heydər Əliyev” adına muzeyi də mənim diqqətimi çox cəlb elədi. Bu 3 mərtəbəli muzeydə həm dərnəklər, həm də çox maraqlı faktlar , sərqilər var idi. Bu sevindirici hal idi ki, “şahmat” və “informatika” dərnəklərindən gənclər səmərəli istifadə edir.
Muzeyləri müşahidə etdikdən sonra, biz meşəyə üz tutduq. Bu cür təmiz havada gəzməkdən heç doymaq olmur.
Təlimçimiz də, bizə dəyərli məlumatlar verməyi unutmadı.
“İRƏLİ İCTİMAİ BİRLİYİ” – sizə çox təşəkkür edirəm ki, siz bu cür təlimlərlə gəncləri marifləndirir, və dünya gorüşünü artırırsınız.